EN

Türkiyənin vilayətlərində yanğınlar davam edir

Bakı, TurkicWorld

Türkiyənin Manisa vilayətində meşə yanğını davam edir.

TurkicWorld xəbər verir ki, yanğınsöndürmə qrupları bölgədəki yanğına müdaxilə edir.

Dünən günorta saatlarında Manisada meşə sahəsində baş verən yanğından sonra bölgəyə İzmir Meşə Regional Müdirliyinə bağlı beş təyyarə, dörd helikopter, 12 su nasosu, iki su təchizatı maşını və üç dozer göndərilib.

Manisa Böyükşəhər Bələdiyyəsi xilasetmə qrupları, mahal bələdiyyəsi qrupları və məhəllə sakinləri də söndürmə işlərinə dəstək verib.

Xilasetmə qrupları 65 evdə 200 nəfərin yaşadığı Karasavcı və 80 evdə 230 nəfərin yaşadığı Yağbasan məhəlləsini ehtiyat tədbiri olaraq təxliyə edib.

Yanğın nəticəsində Karasavcı və Yağbasan məhəllələrində bəzi evlər tamamilə yanıb. Bəzi iribuynuzlu mal-qara və qoyunlar tələf olub, kənd təsərrüfatı sahələrinə ziyan dəyib.

Hafiz Rufizoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
67
turkic.world

1Sources