EN

Digər ölkələrİtaliya XİN rəhbəri: Fransanın istənilən hökuməti ilə işləməyə hazırıq

İtaliyanın xarici işlər naziri Antonio Tayani Fransanın istənilən hökuməti ilə işləməyə hazır olduğunu bəyan edib.

“Far.Az” xəbər verir ki, bu barədə “LCI TV”yə müsahibəsində deyib.

“Avropa Xalq Partiyası ilə Le Penin partiyası arasında fərqlər varmı? Bəli deyəcəm. Amma bu o demək deyil ki, mən xarici işlər naziri kimi bu siyasi ailənin nümayəndələri arasından nazir təyin olunsaydı, onunla dialoqa getmək istəməzdim”, - deyə Antonio Tayani söyləyib.

O, seçicilərin iradəsinə hörmət etdiyini və Fransanın dostu olduğunu da əlavə edib. Onun sözlərinə görə, rəhbərlik etdiyi “İrəli İtaliya”nın daxil olduğu “Avropa Xalq Partiyası” ilə “Milli Birlik” arasında əsaslı fikir ayrılığı NATO-da iştirakla bağlı mövqedədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
72
1
far.az

2Sources