EN

Azərbaycan klubunun əcnəbi baş məşqçisi köhnə tanışını yenidən öz yanına gətirdi

“Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik edilib.

Sportinfo.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, serbiyalı Miloş Yevtiç bundan sonra “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.

Mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, Kaxaber Sxadadzenin baş məşqçisi olduğu komandanın fiziki hazırlıq üzrə çalışdırıcısı funksiyasını yerinə yetirəcək.

Yevtiç 2018-ci ilin iyunundan 2020-ci ilin yayına qədər də “Qəbələ”də çalışıb.

Əvvəllər də Sxadadze ilə birlikdə çalışan mütəxəssis karyerası ərzində Azərbaycanda “İnter” (indiki “Şamaxı”), “Araz-Naxçıvan”, Qazaxıstanda “Kayrat” və “Kaspi” klublarında, həmçinin Gürcüstan milli komandasında fəaliyyət göstərib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
29
sportinfo.az

1Sources