EN

“Fənər”in rəqibinin məşqçisi Türkiyədə işləmək istəmədi

Ötən mövsümü ikinci pillədə tamamlayan və Çempionlar Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsindən başlamaq haqqı qazanan “Fənərbaxça”nın artıq rəqibi məlumdu.

“Football-plus.az” xəbər verir ki, liqa yolu ilə irəliləyəcək İstanbul nəhəngi İsveçrə təmsilçisi “Luqano” ilə qarşılaşacaq. İlk oyun iyulun 23-24-də səfərdə, cavab oyunu 30-31-də İstanbulda keçiriləcək. 1908-ci ildə qurulan və oyunlarını cəmi 6330 azarkeş tutumuna malik “Kornaredo” stadionunda keçirən “Luqano” üçqat ölkə çempionudu. Amma komanda son çempionluğu uzaq 1948/49-da qazanıb. Son titulunu isə 2021/22-də ölkə kubokuna sahib çıxmaqla əldə edib. “Luqano” ötən mövsüm 65 xal toplayaraq “Yanq Boyz”un ardından çempionatı 2-ci pillədə tamamladı. Bu komanda türkiyəli futbolsevərlərə yaxşı tanışdı. Çünki ötən mövsüm Konfrans Liqasında “Beşiktaş”la eyni qrupa düşmüşdü. Məhz həmin vaxt “Luqano” böyük bir sürprizə imza ataraq səfərdə “Beşiktaş”ı üzərində 3:2 hesablı tarixi qələbə qazanmışdı. Hərçənd “ağ-qaralar” artıq heç bir prinsipial əhəmiyyət kəsb etməyən qrupun son oyununda İsveçrədə 2:0 qalib gələrək qisas almağı bacarmışdı. İstanbulda oyunun gedişində 2 top geridə ola-ola, əldə olunan zəfər “Luqano”nun son 16 avbrokubok matçında qazandığı yeganə qələbədi! Bu arada bu komandanın son illərdəki yüksəlişinin baş memarı Mattia Kroçi-Torti ilə bağlı şayiələr yayılıb. 42 yaşlı mütəxəssis 2021-ci ilin sentyabrından bu komandanı çalışdırır. Həmin tarixə qədər isə Kroçi-Torti 3 il (2018-21) “Luqano”nun məşqçilər korpusunda yer almışdı. Ona İtaliya və Almaniya ilə yanaşı, Türkiyədən də təkliflər gəlib. Konkret desək, Hikmət Karamanla yola davam etmək istəməyən “Adana Dəmirspor”un bu məşqçiyə rəsmi təklif irəli sürdüyü məlum olub. Amma isveçrəli mütəxəssis “Luqano” ilə müqaviləsinin davam etdiyinibildirərək adanalıların təklifini geri çevirib.

Chosen
132
football-plus.az

1Sources