EN

Çin ABŞ-ın Gürcüstandakı səfirinə sərt CAVAB VERDİ

Çin konsorsiumu “China Communications Construction Company” (CCCC) Gürcüstanın Anaklia bölgəsində dərin dəniz limanının tikintisi üzrə tenderin qalibi olub. 

Bizim.Media xəbər verir ki, ABŞ-ın Gürcüstandakı səfiri Robin Dunniqan layihəni tənqid edərək, bunun Çin Kommunist Partiyasının (ÇKP) mülkiyyəti olacağını deyib.

Öz növbəsində Çinin Gürcüstandakı səfirliyi Dunniqanın bəyanatlarını absurd adlandırıb:

“Qeyd etmək istərdik ki, ABŞ-ın Gürcüstandakı səfirliyi rəhbərinin “CCCC-nin böyük hissəsi Çin Kommunist Partiyasına məxsusdur, “ÇKP və ÇXR Rusiya ordusunun bir nömrəli kreditor və maliyyəçisidir” ifadəsi absurddur və faktlara uyğun gəlmir”.

Bizim.Media

Chosen
110
bizim.media

1Sources