AVRO-2024-ün D qrupunda II tura yekun vurulacaq.
TEMPİNFO xəbər verir ki, çempionata qələbə ilə başlayan Fransa və Niderland yığmaları üz-üzə gələcək.
Matç Leypsiqdə baş tutacaq. Seçmə mərhələdə də rəqib olan komandalar 1/8 finala vəsiqəni indidən həll etmək üçün qalib gəlməlidir.
Qeyd edək ki, qrupun son matçları iyunun 25-də keçiriləcək.
AVRO-2024Qrup mərhələsi, II tur21 iyun, D qrupu23:00. Niderland – Fransa – 0:0Baş hakim: Entoni Teylor (İngiltərə)Leypsiq Ştadium
TEMPİNFO