EN

HƏMAS Beynəlxalq Cinayət Məhkəməsini İsrailə dəstək verməkdə ittiham edib

"Oktyabrın 7-də baş vermiş hücum İsrailin uzun illər ərzində işğalının nəticəsidir..."
 
"Beynəlxalq Məhkəmə təcavüzkarın qurbanlarına deyil, onun özünə canıyananlıq edir..."
 
HƏMAS bu təşkilatın liderlərinin həbsinə order vermək niyyətində olan Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) hərəkətlərinə hərtərəfli hüquqi cavab hazırlayır.
 
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co. il" nəşri yazıb.
 
HƏMAS xüsusi bəyanatla çıxış edərək iddia edib ki, BCM-in prokuroru Kərim Xanın ittihamları əsassızdır və yerlərdə gerçəklikləri tamamilə görməzdən gəlir.
 
"Kan" telekanalının məlumatına görə, həmasçılar "qara siyahı"da yalnız İsrail nümayəndələrini saxlamağı tələb edir və Kərim Xanı qərəzçilikdə və İsrailə dəstək verməkdə tənqid edir. HƏMAS-ın fikrincə, Beynəlxalq Məhkəmə təcavüzkarın qurbanlarına deyil, onun özünə canıyananlıq edir.
 
Onlar həmçinin BCM baş prokurorunu İsrailin özünümüdafiə hüququnun olması barədə mövqeyinə görə məzəmmət edir, qeyd edir ki, oktyabrın 7-də baş vermiş hücum İsrailin uzun illər ərzində işğalının nəticəsi olub.
 
"Biz təsdiq edirik ki, bu, bütün mümkün vasitələrlə, o cümlədən beynəlxalq qanunlarla təsdiq edilən silahlı müqavimət yolu ilə işğala müqavimət göstərmək 
onun vəzifəsi deyil, xalqımızın haqqıdır, lakin prokuror bunu diqqətdən qaçırıb", - HƏMAS-ın bəyanatında deyilir.
 
Bundan başqa, HƏMAS İsmayıl Haniyənin siyahıya salınmasını yolverilməz hesab edir, çünki o, siyasi xadimdir və Qəzza bölgəsinin hüdudlarından kənarda yaşayır.
 
Haniyənin yerinə HƏMAS İsrail Müdafiə Ordusu Baş Qərargahının rəhbərini daxil etməyi təklif edir, bu da beynəlxalq hüququn hərfinə və ruhuna uyğun olardı.
 
Bəyanatın sonunda HƏMAS BCM-dən təşkilatın beynəlxalq hüquqa riayət etməsini, İsrailin isə vicdansızcasına onu pozmasını etiraf etməyi tələb edir, qeyd edir ki, bu ölkə istənilən irada da belə vicdansızcasına antisemitizm ittihamları ilə cavab verir.
 
Bu zaman həmasçılar vurğulayıb ki, BCM sınaq altındadır və onlar sülh və öz xalqının qələbəsi uğrunda mübarizəni davam etdirmək niyyətindədir.
 
Xatırladaq ki, bir ay öncə BCM baş prokuroru Kərim Xan İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Qalantın, həmçinin HƏMAS başçıları İsmayıl Haniyə, Yəhya Sinvar və Məhəmməd Deyfin həbslərinə orderlər verilməsi üçün sorğu göndərib. ABŞ Konqresi İsrail məmurlarının həbsinə orderlər veriləcəyi təqdirdə BCM-i təhdid edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
64
moderator.az

1Sources