EN

Polşa - Avstriya matçının ən yaxşı futbolçusu müəyyənləşib

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunda baş tutan Polşa - Avstriya matçının (1:3) ən yaxşı futbolçusu müəyyənləşib.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, avstriyalıların heyətində Kristof Baumqartner qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

24 yaşlı yarımmüdafiəçi komandasının oyundakı ikinci qoluna imza atıb.

Chosen
75
5
report.az

7Sources