EN

Qeyri-sabit hava bölgələrdə fəsadlar törətməkdə DAVAM EDİRVİDEO

Güclü külək ölümə səbəb olub.

Xezerxeber.az xəbər verir ki, Mingəçevirdə üzərinə ağac aşan 21 yaşlı Rəvan Qasımzadə dünyasını dəyişib. Güclü külək nəticəsində 5 nəfər isə müxtəlif bədən xəsartləri alaraq xəstəxanaya yerləşdirlib. Onlardan 3-ü uşaqdır. Xəsarət alanlara zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş olan 3 uşaq ambulator müalicə üçün evə buraxılıb. Digər 2 nəfərin müayinə və müalicələri isə davam etdirilir. İrigövdəli ağaclar şəhərdə avtomobillərin də üzərinə aşaraq xeyli ziyan vurub.

Ötən gün axşam saatlarından başlayaraq Qərb bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Gəncənin bir sıra ərazilərində 50-dən artıq irigövdəli ağac aşıb, bəzi ağacların isə iri budaqları sınaraq yola düşüb. Nəticədə 5 avtomobilə ziyan dəyib. Şəhərin Nizami Gəncəvi prospektində isə ticarət obyektlərindən birinin dam örtüyü qoparaq yolun hərəkət hissəsinə düşərək nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Güclü külək eyni zamanda 3 evin də dam örtüyünü dağıdıb. 

Güclü külək həmçinin şəhərin bəzi ərazilərində yüksəkgərginlikli elektrik xətlərinin qırılmasına səbəb olub. 

Güclü külək Şəmkirdə də fəsadlara səbəb olub. Rayonun bəzi qəsəbə və kəndlərində fərdi təsərrüfatlara ciddi ziyan dəyib. Şəmkirin Yeniabad kəndində isə güclü külək tərəvəz becərilən istixananı təmamilə dağıdıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
55
xezerxeber.az

1Sources