EN

ABŞ daha 12 rusiyalıya sanksiya tətbiq etdi

ABŞ 12 rusiyalıya qarşı sanksiya tətbiq edib. Onların arasında “Kaspersky Lab İT” şirkətinin rəhbərliyinin nümayəndələri də var.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib.

Bildirilib ki, sanksiya siyahısına “Kaspersky Lab” şirkətinin icraçı direktoru Andrey Tixonov, şirkətin biznesin inkişafı üzrə direktoru Andrey Efremov, hüquq məsələləri üzrə direktor İqor Çekunov və digər rəhbər şəxslər daxildir.


Müəllif: Teleqraf.com
Chosen
75
13
teleqraf.com

10Sources