EN

Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? (ŞƏRH)

"Yaxın aylar ərzində Ermənistanda Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi əslində bu ölkənin Rusiyadan sürətlə qopması prosesindən başqa bir şey deyil”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Ermənistanda fəaliyyət göstərən "Demokratik Qüvvələrin Platforması”nın ölkə hakimiyyətinə 3-4 ay ərzində Avropa İttifaqına daxil olmaqla bağlı referendum keçirmək təklifini şərh edərkən deyib.

Politoloq bildirib ki, Avropa İttifaqına üzvlüklə bağlı bir ölkə tərəfindən birtərəfli qaydada qərar qəbul oluna bilməz:

”Bunun üçün Aİ ilə həmin dövlətin qurumları arasında müzakirələr başlamalıdır. Yalnız  bundan sonra Aİ-yə üzvlüklə bağlı müəyyən yol xəritəsi təqdim olunur. Hər hansı bir ölkə məhz  bu öhdəlikləri yerinə yetirildikdən sonra Aİ-nin üzvü ola bilər. Hesab etmirəm ki, Ermənistan Aİ  tərəfindən ona təqdim ediləcək yol xəritəsini qarşıdakı 3-4 ay ərzində tamamlayaraq quruma üzv ola bilsin”. 

Amma bununla belə, həmsöhbətimizə görə, qarşıdakı dövrdə İrəvanın Rusiyadan qopması, onun patronajlığı altındakı MDB, KTMT, Aİİ kimi qurumlardan uzaqlaşması üçün yeni siyasi və hüquqi zəmin formalaşa bilər:

"Bununla da Ermənistanın Avropaya inteqrasiyası üşün yeni mərhələ açılar”. 

Politoloq hesab edir ki, Ermənistan hakimiyyəti bu təşəbbüsü sosial sifarişi kimi qələmə verməklə yararlanmağa çalışır:

”Qarşıdakı müddətdə Aİ-yə intqrasiya tam real görünmür. Amma prosesin başlanması və  Ermənistanın Rusiyadan uzaqlaşamsı yolunda əhəmiyyətli addım olacaq”. 

Qeyd edək ki,  Ermənistanda "Demokratik Qüvvələrin Platforması” ölkə hakimiyyətinə 3-4 ay ərzində Avropa İttifaqına daxil olmaq üçün referendum keçirməyi təklif edib. Qaynarinfo  xəbər verir ki, bu barədə forumda "Azad Vətəndaş” ictimai təşkilatının rəhbəri Hovsep Xurşudyan bildirib. Forumda ictimai təşkilatların və siyasi partiyaların nümayəndələri bir araya  gəlib. 

Rüfət Sultan
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
75
qaynarinfo.az

1Sources