EN

Belarus Xarici İşlər Nazirliyi Ermənistana nota verib

...İyunun 21-də Belarus Xarici İşlər Nazirliyində MDB ölkələri ilə ikitərəfli əməkdaşlıq departamentinin rəhbəri Sergey Molunov və Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkili Narek Tiraturyan arasında görüş keçirilib.

...Diplomatlar ikitərəfli münasibətlərin bir sıra aktual məsələlərini, ticari-iqtisadi əməkdaşlığın perspektivlərini və birgə inteqrasiya strukturlarında qarşılıqlı fəaliyyətin perspektivlərini müzakirə ediblər. Ermənistan tərəfinə Belarus Xarici İşlər Nazirliyindən müvafiq nota göndərilib.

SİA bu barədə rus saytlarına istinad edir.

Qeyd edək ki, bu, Ermənistanın baş naziri Nikol Paşinyan Lukaşenkonun hakimiyyətdə olduğu müddətdə nə onun, nə də başqa rəsmilərin Belarusa səfər etməyəcəyini deməsindən az sonra baş verib.

Səbəb Belarus liderinin Azərbaycanda verdiyi açıqlamalardır..?

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
66
sia.az

1Sources