EN

Mədəniyyət Nazirliyindən sənət adamlarının iddialarına CAVAB

Bakı. Trend:

Azərbaycanda fəaliyyət göstərən bir qrup kino istehsalçısı vəkino sahəsində çalışan sənət adamları peşə fəaliyyətlərini icraetmələrinə ciddi maneələr yaradıldığına dair bəyanatla çıxışediblər.

Trend xəbər verir ki, Mədəniyyət Nazirliyi məsələyə münasibətbildirib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin2006-cı il 6 iyul tarixli 165 nömrəli qərarı ilə təsdiq edilmiş“Filmlərin yayımı və nümayişi Qaydaları”nın tələblərinə əsasənAzərbaycan Respublikasının ərazisində yayımına və kütləvinümayişinə icazə verilən bütün filmlər Mədəniyyət Nazirliyindəqeydə alınır və filmlərin dövlət reyestrinə daxil edilir və onlarahəmin qaydaların əlavəsinə uyğun vahid formalı yayım vəsiqəsiverilir.

Vurğulanır ki, sözügedən qaydalarda qeyd olunan meyarlara uyğunfilmlərin seçilməsi, reyestrə daxil edilməsi və onlara yayımvəsiqəsinin verilməsi üçün ekspert mövqeyinə zərurət olduğundannazirlik yanında kinorejissor, sosioloq, psixoloq, jurnalist,dramaturq və müvafiq sahə üzrə təcrübəyə malik olan bir sıra digərmütəxəssislərdən ibarət tərkibdə Ekspert Şurası yaradılıb.

"Şura filmlərin qanunvericilikdə müəyyən edilmiş meyarlarauyğunluq baxımından qiymətləndirilməsinə dair peşəkar rəy verir vəhəmin rəy əsasında müvafiq filmin reestrə daxil edilməsi və onayayım vəsiqəsinin verilməsinə dair Nazirlik tərəfindən qərar qəbuledilib.

Bir daha diqqətinizə çatdırmaq istəyirik ki, burada hər hansısenzuranın tətbiqindən söhbət gedə bilməz", - nazirliyinaçıqlamasında deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
51
46
az.trend.az

10Sources