EN

Ukrayna Slovakiyanı 2-1 hesabı ilə məğlub etdi

Ukrayna Slovakiyanı 2-1 hesabı ilə məğlub etdi

"AVRO 2024"ün E qrupunun ikinci həftə matçında Slovakiya və Ukrayna yığmaları qarşılaşıb.Matçın 17-ci dəqiqəsində İvan Şranz qol vurub və Slovakiya 1-0 önə keçib.Ukrayna 34-cü dəqiqədə qol vurmağa çox yaxın olub, lakin Oleksandr Tımçikin zərbəsi dirəyə dəyib.38-ci dəqiqədə qapıçı ilə qarşılaşan Mixaylo Mudrik Martin Dubravkanı keçə bilməyib.Birinci hissə Slovakiyanın 1:0 hesablı üstünlüyü ilə başa çatıb.Ukrayna 54-cü dəqiqədə Şaparenkonun qolu ilə hesabı bərabərləşdirib, 1-1.80-ci dəqiqədə Ukrayna Yaremçuk qolu ilə 2-1 önə keçib. Qarşılaşmada başqa qol olmayıb. Beləliklə Ukrayna Slovakiyanı 2:1 hesabı ilə məğlub edərək mübarizəni davam etdirib.

Chosen
104
13
afn.az

10Sources