EN

Azərbaycan klubları onlara ödənməli olan pulu hələ də ala bilmir…

Premyer Liqa, I Liqa və II Liqada çıxış edən klublar təqribən 1 aya yaxındır mövsümü başa vurub.

Amma bu, hələ o demək deyil ki, «sezon dəftəri» bağlanıb.

SOCAR çempionat iştirakçıları qarşısında götürdüyü maliyyə öhdəliyini hələ tam yerinə yetirə bilməyib.

İştirakçılar aprel ayına aid yardım paketinin yalnız yarı hissəsini alıb. May da daxil, dotasiyanın ayyarımlıq bölümü hələ onların hesabına köçürülməyib.

Redaksiyamızla əlaqə saxlayan rəsmilər bildiriblər ki, Klublar Komitəsinin son iclasında bu problem AFFA mənsublarının diqqətinə çatdırılıb.

Federasiyanın icraçı vitse-prezidenti və baş katibi Sərxan Hacıyev «bu, bizdən asılı məsələ deyil» söyləyərək, klubların birbaşa neft şirkətinə müraciət etməli olmasına işarə vurub.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
34
1
sportinfo.az

2Sources