EN

ABŞ-də UFO-dan xəbər verənlər ölümlə təhdid olunurlar

Pentaqonun məxfi UFO araşdırmaları bölməsinin rəhbəri olmuş Liu Elizondo diqqət çəkən açıqlamalar verib. O, iddia edib ki, özü ilə yanaşı digər UFO haqqında məlumatlar vermiş şəxslər "ABŞ hökumətinin maraqlararı" adı altında təhdidədici mesajlar alıblar.

"Mən bunu Amerika xalqına açıq şəkildə bildirmək istərdim.  Mən hansısa "bədbəxt hadisələrə" meylli deyiləm. Hec intihar etməyi də düşünməmişəm. Narkotikdən isə istifadə etmirəm"- o qeyd edib. 

O xüsusi olaraq vurğulayıb ki, "əgər mənə və ya ailəmə nə isə olsa, bunun mahiyyətini anlamış olacaqsıniz".

Qeyd edək ki, bu cür şəxslər adətən müəmmalı şəkildə, ifrat narkotik qəbulu, maşın vurması, intihar və s. adı altında aradan götürülürlər. Onlar dövlət əhəmiyyətli sirrlərin cəmiyyətə çıxarılmasına görə arzuolunmaz şəxslər sayılırlar.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
72
news365.az

1Sources