EN

Balıq tutmağa gedərkən yoxa çıxan 6 yaşlı uşağın kanalda batdığı ehtimal edilir

Ağdaş rayonunda balıq tutmağa gedərkən itkin düşən 6 yaşlı Adəm Musayevin axtarışları aparılır.Bununla bağlı Mediaxeberleri.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.Bildirilir ki, axtarış işlərinə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, azyaşlının kanalda batması ehtimal edilir, bu səbəbdən axtarış işləri suda aparılır.09:28Ağdaş rayonunda azyaşlı itkin düşüb.Mediaxeberleri.Az xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 241-ci kilometrliyi yaxınlığında baş verib.Həmin ərazidəki Ləki kanalına balıq tutmağa gedən 2018-ci il təvəllüdlü Adəm Musayev geri qayıtmayıb.Yaxınları bildirib ki, Adəm günorta saatlarında itkin düşüb.Müraciətlə bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources