EN

Almaniyada terrorçuluqda şübhəli bilinən 3 nəfər saxlanılıb - İçlərində erməni də var

Almaniya hüquq-mühafizə orqanları terrorçuluqda şübhəli bilinən 3 nəfər saxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, saxlanılanlar Rusiya, Ukrayna və Ermənistan vətəndaşlarıdır. Onlar xarici kəşfiyyat xidməti üçün çalışmaqda şübhəli bilinirlər.

Belə ki, həmin şəxslər xarici kəşfiyyatın göstərişi ilə terror təşkili və Almaniyada Ukraynadan olan və adı açıqlanmayan şəxs haqqında məlumat toplamalı imişlər.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
74
bizim.media

1Sources