EN

Ruslar yenə də öz helikopterlərini vurublar..?

...İyunun 21-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Krasnodar diyarında Anapa səmasında uçan “Ka-29” helikopterini itiriblər.

Deməli, SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, helikopter dost atəşi, yəni “friendly fire” nəticəsində vurulub.

...Haşiyə çıxaraq qeyd edim ki, dost atəşi mənasını verən“friendly fire” hərbi termindir və bu bir əsgər və ya bölmə tərəfindən dost, eləcə də müttəfiq qoşunların bir hissəsinə atılan səhv atəş mənasını verir,.. nə isə...

Deməli, Rusiyalı bloger öz Telegram kanalında hadisənin təfərrüatları barədə danışıb.

Daha bir “Ka-29”-un itirilməsi ilə bağlı ilk mesaj iyunun 21-də saat 11:24-də gəlib. Bloqqer helikopterin ağ-qara şəklini dərc edib və onun döyüş tapşırığı zamanı qəzaya uğradığını yazıb. Deyilənlərə görə, dörd rus hərbçisindən ibarət olan ekipaj sağ qalmayıb.

Müəllif hadisənin səbəbləri və baş verdiyi yer barədə heç nə yazmayıb.

...Və maraqlıdır ki, Rusiya Müdafiə Nazirliyinin Telegram kanalı da Krasnodar diyarında baş verən insidenti qeyd etməyib.

Qubernator Veniamin Kondratyev bu barədə bir kəlmə də yazmayıb.

Rusiya mediası TASS-da “Robinson R-66” helikopteri ilə bağlı insident barədə məlumat var, lakin söhbət Ukraynadan 7 min km aralıda - Amur diyarında baş vermiş insidentdən gedir.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
36
sia.az

1Sources