EN

Qəza səbəbindən Monteneqro və qonşu ölkələr demək olar ki, tamamilə işıqsız qalıb

Monteneqro və bəzi digər Balkan ölkələri qəzaya görə demək olar ki, tamamilə elektrik enerjisini itirib.

Bu barədə Monteneqronun Elektrik Ötürücü Sisteminin (CGES) "Facebook" sosial şəbəkəsində səhifəsində məlumat verilib.

Qeyd olunur ki, şimalın əksər hissəsi istisna olmaqla, ölkə demək olar ki, tamamilə elektriksiz qalıb.

Bundan əlavə, Albaniya, Bosniya və Herseqovina və Xorvatiyanın bir hissəsində elektrik enerjisinin verilişində geniş fasilələr yaranıb.

“Səbəb hələ də məlum deyil və CGES qonşu ölkələrdən olan həmkarları ilə əməkdaşlıq edərək problemi həll etməyə çalışır ki, Monteneqrodakı bütün istehlakçılar tezliklə elektrik enerjisi ilə təmin olunsun”, - deyə məlumatda bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
67
aznews.az

1Sources