EN

Senata Rusiyanı terrorizmin sponsoru kimi tanıyan qanun layihəsi təqdim edildi

ABŞ-da Rusiyanın terrorizmin sponsoru kimi tanıyan qanun layihəsi hazırlanıb.

Yenisabah.az xəbər verir ki, layihəni respublikaçı senator Lindsi Qrem və onun həmkarı, demokrat Riçard Blumental təqdim ediblər.

Təşəbbüs müəlliflərinin fikrincə, Rusiyaya belə bir statusun verilməsi prezident Vladimir Putini Ukraynadakı müharibəyə, “Afrikadakı dağıdıcı hərəkətlərə” və ümumən bütün dünyada onu cəzalandırmaq üçün “ABŞ-ın əlində olan alətləri əhəmiyyətli dərəcədə artıracaq”. SEO Xidməti

Qrem bildirib ki, Rusiya Federasiyasının Şimali Koreya - "planetin ən repressiv rejimlərindən biri" ilə hərbi ittifaq haqqında razılaşma kasanı daşdıran son damla olub.

Senator Blumental bildirib: "Rusiyanın terrorizmin himayədarı elan edilməsi ABŞ-a Putinin vəhşiliyi və onun azadlıq və demokratiya üçün yaratdığı təhlükə ilə daha aqressiv mübarizə aparmağa imkan verəcək".

Qanun layihəsi qəbul olunarsa, Rusiya Federasiyasına qarşı sanksiyaları sərtləşdirməyə və mövcud məhdudiyyətlərdən yayınmağa qarşı mübarizəni gücləndirməyə imkan verəcək. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
45
yenisabah.az

1Sources