EN

Fransada parlament seçkiləri: ifrat sağçılar öndədir - Sorğu

Paris, 21 iyun, AZƏRTAC

Fransada növbədənkənar parlament seçkilərinə (30 iyun və 7 iyul) iki həftədən az vaxt qalmış ölkədə siyasi vəziyyət daha da gərginləşir. Avropa Parlamentinə seçkilərindən sonra E. Makronun Milli Assambleyanı buraxmaq qərarı gərgin seçki kampaniyası ilə nəticələnib.

AZƏRTAC xəbər verir ki, ölkədəki siyasi narahatlığı nəzərə alaraq müntəzəm olaraq sosial sorğular keçirilir. “Le Figaro”, LCI və “Sud Radio” üçün bu gün dərc edilən ən son “Ifop-Fiducial” sorğusu yeni seçki dinamikasını göstərir.

Sorğunun nəticələrinə görə, son on illər ərzində ilk dəfə seçicilərin 64 faizinin səsvermədə iştirak edəcək və onların 34 faizi ifrat sağçı olan Milli Birlik (RN) partiyasına səs verəcək.

Solçuların birləşməsi nəticəsində yaranan Yeni Xalq Cəbhəsi (Nouveau Front populaire) partiyasının səslərin 29 faizini toplamaq ehtimalı var. Beynəlxalq məsələlərdə daxili fikir ayrılıqlarına və mübahisəli namizədliklərə baxmayaraq, bu koalisiya Jean-Lük Melenşonun seçicilərinin əksəriyyətini (92%) cəlb edir.

Avropa Parlamentinə seçkilərdə məğlubiyyətə baxmayaraq, Prezidentin partiyasının (“Renaissance”) səslərin 22 faizini toplayacağı gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
52
azertag.az

1Sources