EN

"Təhlükəsiz istirahət üçün xilasedicilərin tələblərinə və maarifləndirici lövhələrə əməl olunmalıdır" - Video

"Vətəndaşlara müraciət edirik ki, çimərlik seçimində diqqətli olsunlar. Xilasedicilər olmayan nəzarətsiz ərazilərdən istifadə etməsinlər. Çünki nəzarətsiz ərazilərdə xilasetmə texniki vasitələri olmadığından həmin ərazidə heç bir təhlükəsizlik tədbirləri görülmür. Və bu da insan həyatı üçün ciddi təhlükədir. Xüsusən, bölgələrimizdə valideyn nəzarətindən yayınan uşaqlar və yeniyetmələr istifadə və çimərlik üçün nəzərdə tutulmayan suvarma kanalları, çaylar, göllər və digər su qurğularından istifadə edirlər. Bu da sonda bədbəxt hadisələrlə nəticələnir" nəzarətsiz ərazi / Foto: İradə Cəlil, Bizimyol.info Bu barədə Bizimyol.info xəbər portalına Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili danışıb. Polkovnik-leytenant qeyd edib ki, sözügedən su obyektlərinin məqsədi çimərlik üçün nəzərdə tutulmur. Aqşin Əlili “Onların sürətli axma, mürəkkəb relyefə və məhdud görüntüyə malik olması həmin ərazilərdən istifadə edənlərin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu baxımdan da vətəndaşlara müraciət edirik ki, bu nüansa önəm versinlər. Bu kimi su hövzələrindən istifadə etməsinlər. Xilasedicilərin xidmət apardığı həmin çimərliklərdə küləkli hava şəraiti olan zaman və ya spirtli içki qəbul edərək sərxoş halda dənizə girmək, üzmək üçün müəyyən edilmiş sərhədlərdə təyin olunan nişanları ötüb keçmək, suda kobud hərəkət etmək və xilasetmə texnikası istisna olmaqla, digər kiçik ölçülü gəmilərlə çimərlik ərazisinə daxil olmaq qadağandır. çimərlik ərazisində avtomobillər / Foto: İradə Cəlil, Bizimyol.info Yadda saxlamaq lazımdır ki, 13 yaşa qədər uşaqlar yalnız valideyn müşahidəsi ilə çimərlikdən istifadə etməli və nəzarətsiz qoyulmamalıdır. Xilasedicilərin tələblərinə və maarifləndirici lövhələrə sözsüz əməl olunmalıdır”-deyən Aqşin Əlili vurğulayıb ki, çimərliklərdə təhlükəsiz istirahət vaxtı səhər saat 9-dan axşam 8-ə qədərdir. İradə Cəlil, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
58
bizimyol.info

1Sources