Bakı. Trend:
ABŞ-də keçirilən Amerika kuboku Lionel Messi üçün sonuncuolacaq.
Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu argentinalı ulduzun özüaçıqlayıb.
36 yaşlı futbolçu bildirib ki, bu turnirdə sonuncu dəfə çıxışetdiyindən millisinin çempion olmasını istəyir:
“Bundan sonra Amerika kubokunda oynamayacağam. Yenidən qalibgəlməyə çalışacağıq. Növbəti dünya çempionatına gəlincə, hər şeygedişatdan asılıdır. Biz addım-addım hərəkət etməliyik. İndi özümüyaxşı hiss edirəm”.
Qeyd edək ki, Argentina Amerika kubokunun qrup mərhələsinin ilkoyununda Kanadanı 2:0 hesabı ilə məğlub edib.