EN

“Zirə” “Qəbələ”nin sabiq yarımmüdafiəçisi ilə anlaşdı - EKSKLÜZİV

"Zirə"nin mövsümlərarası fasilədə "rənglərinə bağlayacağı" daha bir futbolçunun adı müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, "qaratallar" İsnik Alimi ilə ortaq məxrəcə gəlib. Yaxın günlərdə Şimali Makedoniyadan olan futbolçunun keçidi ictimaiyyətə açıqlanacaq.
 
İsnik azərbaycanlı azarkeşlər üçün heç də yad sima deyil. 30 yaşlı yarımmüdafiəçi 2021-23-cü illər aralığında "Qəbələ"nin formasını geyinib.
 
Qeyd edək ki, yarımmüdafiəçi ötən mövsümü Rumıniya təmsilçisi "Sepsi"nin düşərgəsində keçirib. Bu klubun heyətində bütün turnirlərdə ümumilikdə 35 oyuna çıxan futbolçu 5 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
40
sport24.az

1Sources