EN

Azərbaycanın futbol üzrə dünya və Avropa çempionu: "İngiltərə millisi nəticəyə oynayır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İngiltərə millisi nəticəyə oynayır. Qrupdakı son oyunda 1 xal qazansalar, növbəti mərhələyə yüksələcəklər".
Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov Almaniyada təşkil olunan Avropa çempionatında komandaların çıxışını dəyərləndirərkən deyib.
Mütəxəssis xüsusən İngiltərənin oyununa toxunub: "Düşünmürəm ki, potensialları bura qədərdir. Sadəcə, qrup oyunları bir qədər kəşfiyyat xarakterli olur. Bəzi komandalar qrupda yaxşı çıxış etməsələr də, nəticəyə oynayırlar. Amma sonradan öz oyunlarını tapırlar".
O, İngiltərənin intizamlı komandalardan ibarət qrupa düşdüyünü qabardıb: "Elə dünən oynadıqları Danimarkanı götürək. Çox yaxşı rəqibdir. O cümlədən Serbiya və Sloveniya da zəif deyillər. Məncə, çempionatın ən möhkəm qruplarındandır. İntizamlı komandalar yer alıb. İngiltərə millisi meydanda dominant olmağı sevirsə, digər rəqiblər yaxşı müdafiə formalaşdıraraq onları əks-hücumlarda yaxalayırlar. Məncə, İngiltərənin zəif nöqtələrindən biri müdafiənin mərkəzidir. Həmin mövqedə axsamalar görünür. Lakin hücum potensialları yaxşıdır, hər oyun qol vururlar".
SSRİ-nin yeniyetmələrdən ibarət millisinin heyətində dünya və Avropa çempionu olan A.Əsədov bəzi favoritlərin hələ də öz oyunlarını tapmadıqlarını düşünür: "Fransa hələ istədiyimiz oyunu göstərmir. İtalyanlar əziyyət çəkirlər. Hazırda İspaniya və Almaniya komandaları baxımlı oyuna görə seçilirlər. Bəzi favoritlər sanki öz oyunlarını tapmayıblar. Amma qrupdan çıxdıqdan sonra artıq fərqli oyun tələb olunur. Fikrimcə, məhz həmin vaxt tam başqa İngiltərə görəcəyik. İstənilən halda, İngiltərə Avropa çempionu olmağa namizədliyini qoruyub saxlayır".
Qeyd edək ki, AVRO-2024-ə iyulun 14-də yekun vurulacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
46
31
oxu.az

10Sources