EN

Ermənistan Fələstini Türkiyənin istəyi ilə tanıyıb? – Ankaradan açıqlama

Ermənistanın Fələstin dövlətini tanımaq qərarına gəlməsi bizi sevindirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“İspaniya, İrlandiya, Norveç və Sloveniya kimi dövlətlərdən sonra Ermənistanın Fələstin dövlətini tanımaq qərarına gəlməsi bizi sevindirir. Əvvəllər də həmişə vurğuladığımız kimi, Fələstinin tanınması beynəlxalq hüququn, ədalətin və vicdanın tələbidir.

Türkiyə olaraq daha çox ölkənin Fələstini tanıması üçün səylərimizi davam etdirəcəyik”, - bəyanatda deyilir.

Qeyd edək ki, ötən günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olmuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
186
4
teleqraf.com

5Sources