EN

Boksçularımız Avropa birinciliyində mübarizə aparacaq

Bakı. Trend:

İyunun 23-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevodayeniyetmə boksçular arasında Avropa birinciliyi startgötürəcək.

Trend İdman.biz-əistinadən xəbər verir ki, 8 gün davam edəcək yarışda Azərbaycanmilli komandası da mübarizə aparacaq.

Oğlanlardan ibarət yığmanın baş məşqçisi Vaqif Kazımov və məşqçiAğası Məmmədov birincilikdə Ayxan Həsənov (46 kq), Nihat Qasımov(48 kq), Zakir Həsənzadə (50 kq), Əli Baxışov (52 kq), ŞahinAslanov (57 kq), Vüsal Xəlilov (60 kq), Kənan Aslanlı (63 kq), AdilZalov (66 kq), Rza Rzayev (70 kq), İsmayıl Vəliyev (75 kq), ƏliMəmişov (80 kq) və Səftər Məmmədzadəyə (+80 kq) şans verəcək.

Qızlardan ibarət millinin məşqçisi İlkin Ağayevin rəhbərliyialtında isə Banuçiçək Nəsirli (46 kq), Aylin Nəzərova (48 kq),Aysun Mikayılova (50 kq), Əminə Tağı (52 kq), Mədinə Məmmədova (57kq) və Dəniz Babayeva rinqə çıxacaqlar.

Yarışda beynəlxalq dərəcəli Emil Qurbanəliyev ədalətiqoruyacaq.

Qeyd edək ki, Sarayevoya bu gün yollanan komandamız iyulun 1-dəBakıya qayıdacaq.

Chosen
113
14
az.trend.az

10Sources