EN

Türkiyədə yanğın: Ölən və yaralananlar var

Diyarbakırın Çınar və Mardinin Mazıdağı rayonları arasındakı ərazidə yanğın baş verib. 

News24.az xəbər verir ki, yanğına müdaxilə etmək üçün Diyarbakır və Mardindən AFAD, Meşə Əməliyyat Müdirliyi, xilasetmə və 112 Təcili Sağlamlıq qrupları sövq edilib.

Qrupların müdaxiləsi nəticəsində yanğın nəzarətə götürülüb.

Türkiyə Səhiyyə naziri Fahrettin Koca yanğınlarda 11 nəfərin həyatını itirdiyini, 78 nəfərin isə alovlardan zərər çəkdiyini açıqlayıb.

Nazir Koca Diyarbəkirdə yanğınla əlaqədar 5 xəstənin reanimasiyada olduğunu, 4 nəfərin isə intubasiya edildiyini əlavə edib. 

Eyni zamanda, dronla yanğından zərər çəkmiş əraziyə baxış keçirilib.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
64
news24.az

1Sources