EN

Xırdalanda inşaat şirkəti sakinlərə məxsus səkini pullu parkinqə çevirib?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Abşeron rayonu, Xırdalan qəsəbəsinin sakinləri səkinin zəbt edilərək pullu parkinq ərazisinə çevrilməsindən şikayətçidirlər.
Bununla bağlı Oxu.Az-a ünvanlanan şikayətdə qeyd olunur ki, Xırdalan şəhərinin Hikmət Aslanov küçəsində yaşayış binası tikən "Şərur MTK" yaşayış binasının arxasında ümumi istifadədə olan səkini zəbt edib, qanunsuz parkinq ərazisinə çevirib.
Məsələ ilə bağlı "Şərur MTK"ya sorğu ünvanladıq.
Mətbuat Xidmətin rəhbəri Tünzalə İsmayılova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, adıçəkilən ərazi bərbad vəziyyətdə olub:
"Sözügedən ərazinin zəbt olunmasından söhbət gedə bilməz. Orada abadlıq işləri aparılıb. Parkinq isə bina sakinlərinin istifadə etməsi üçün nəzərdə tutulub və heç bir ödəniş də yoxdur. Maneələrə gəlincə, orada çalışanlardan biri bilmədən edib, artıq dəmir maneələrin aradan qaldırılması üçün tədbirlər görülür. Sakinlərdən pul tələb edən komendant isə bu işi özbaşına görüb və bununla bağlı müvafiq addım atılacaq", - deyə T.İsmayılova vurğulayıb.
Məsələ ilə bağlı Abşeron Rayon İcra hakimiyyətinə də sorğu verdik.
Abşeron Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Seymur Qasımbəyli Oxu.Az-ın sorğusunu cavab olaraq bildirib ki, daxil olmuş məlumata əsasən əraziyə baxış keçirilib və MTK rəhbərliyinə ciddi tapşırıqlar verilib.
"Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən Xırdalan şəhəri, Hikmət Aslanov küçəsində "Şərur MTK" tərəfindən inşa olunan binanın qarşısında avtomobillərin durması üçün yaradılan parkinqlə bağlı əraziyə baxış keçirib.
Ərazidə müşahidə olunan qanunsuz fəaliyyətlərlə əlaqədar olaraq MTK rəhbərliyi ilə danışıqlar aparılıb, piyada səkisinin zəbt olunması tərəfimizdən dayandırılıb, vətəndaşların gediş-gəlişi üçün nəzərdə tutulan piyada səkisinin bərpa olunması, binanın qarşısında avtomobillərin durması üçün qeyri-qanuni şəkildə quraşdırılmış dəmir məhdudiyyətlərin qısa müddətdə götürülməsi ilə bağlı bağlı ciddi tapşırıqlar verilib.
Qeyd etmək istərdik ki, İcra Hakimiyyətinin nəzarəti ilə qeyd edilən səki tezliklə bərpa ediləcək", - deyə S.Qasımbəyli vurğulayıb.
Əzizə İsmayılova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
66
2
oxu.az

4Sources