EN

Vəkillər Kollegiyası bir sıra media subyektini təltif edib

Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən bir sıra media subyekti təltif edilib.

"Operativ Media" xəbər verir ki, media qurumları kollegiya ilə informasiya təminatında sıx əməkdaşlığa görə təltif olunublar.

Kollegiyanın sədri Anar Bağırov təltif olunan media subyektlərinin nümayəndələrinə təşəkkürnamələri təqdim edib.

Qeyd edək ki, təltif olunan media qurumları arasında "Operativ Media" da yer alıb.

Chosen
122
7
operativmedia.az

8Sources