EN

Balkanların yarısı işıqsız qaldı...

Monteneqroda, Bosniya və Herseqovinada və Xorvatiyanın, eləcə də Albaniyanın bir hissəsində işıq kəsilib.

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, heç yerdə elektrik yoxdur.

 

Havanın temperaturu 40 dərəcəyə yaxınlaşan Monteneqro, Bosniya və Xorvatiyanın Adriatik sahillərinin böyük hissəsində elektrik enerjisinin verilişində geniş fasilələr yaranıb.

 

Şəbəkənin kəsilməsi səbəbindən Monteneqronun demək olar ki, bütün ərazisi işıqsız qalıb. Bosniyanın paytaxtı Sarayevo, həmçinin Banya Luka və Mostar şəhərləri işıqsız qalıb. Yerli media ölkə daxilində elektrik enerjisinin kəsilməsi ilə bağlı xəbərlər yayıb.

 

HRT dövlət televiziyası xəbər verir ki, Xorvatiyanın Adriatik sahillərinin çox hissəsi işıqsız qalıb. Xorvatiyanın enerji şirkəti HEP bildirib ki, ölkənin bəzi yerlərində elektrikin kəsilməsinə “beynəlxalq fasilələr” səbəb olub.

 

Xorvatiyanın sistem operatoru qonşu ölkələrdən olan həmkarları ilə birlikdə bu nasazlığın səbəbini öyrənmək üçün vəziyyəti təhlil edir. HEP mümkün qədər tez elektrik təchizatını təmin etmək üçün bütün istehsal müəssisələrini tam gücü ilə işlətdiyini açıqlayıb.

 

Dənizkənarı Split şəhərində svetoforun fəaliyyətini dayandırdıqdan sonra nəqliyyatın hərəkəti dayanıb. Bütün şəhərdə təcili yardım sirenləri eşidilib.

 

Albaniyanın "Top Channel" telekanalı paytaxt Tiran da daxil olmaqla bir sıra şəhərlərin işıqsız qaldığını bildirib. Telekanalın məlumatına görə, buna səbəb qonşu Monteneqrodan gələn nasaz birləşdirici xəttdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
79
modern.az

1Sources