EN

Ozan Tufan Türkiyəyə qayıdır

"Hall Siti"də çıxış edən Ozan Tufan yenidən Türkiyəyə qayıdacaq.

Sportal.az xəbər verir ki, türk yarımmüdafiəçi "Trabzonspor"la razılıq əldə edib. Bu barədə yerli mətbuat məlumat yayıb.

Super Liqa klubu 29 yaşlı yarımmüdafiəçi ilə 3+1 illik müqavilə ilə bağlı razılıq əldə edib. Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, "Hall Siti" Ozan Tufanı 2022-ci ilin yayında "Fənərbaxça"dan transfer edib. Təcrübəli futbolçu ötən mövsüm Çempionşip təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
65
1
sportal.az

3Sources