EN

Zambiyada fil dəhşəti—Amerikalı turisti əzərək öldürdü

Zambiyanın cənubundakı Livinqstoun qəsəbəsində 64 yaşlı Culiana Turno adlı amerikalı turist fil tərəfindən əzilərək həyatını itirib. 

Demokrat.az xəbər verir ki, qadın bu ay Zambiyada vəhşi heyvan hücumundan ölən ikinci amerikalı turist olub. 

Bildirilib ki, qadının ailəsi ilə otelə qayıdanda fil sürüsü ilə qarşılaşıb və onları diqqətlə izləmək üçün dayanıblar. 

Turno bir filin ona hücum etməsindən sonra yerə yıxılıb və yaşlı qadın filin ayaqları altında əzilərək yaralanıb. 

Turno yerli tibb mərkəzinə aparılıb, lakin onu xilas etmək mümkün olmayıb.

Əfsanə Rəcəb
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
66
demokrat.az

1Sources