EN

“Fənərbaxça” ilk transferini reallaşdırdı, kapitanı ilə müqaviləni uzatdı

Türkiyənin “Fənərbaxça” komandası kapitanı Mərt Hakan Yandaşla müqavilənin müddətini uzadıb.

"Unikal" xəbər verir ki, yarımmüdafiəçi daha 2 il İstanbul təmsilçisinin formasını geyinəcək.

Superliqa təmsilçisi “Fatih Karagümrük”dən Levent Özcanı isə heyətinə qatıb. 23 yaşlı oyunçu ilə 4 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, “Fənərbaxça” ötən mövsüm Türkiyə çempionatını 2-ci pillədə başa vurub. Komanda bu gündən yeni baş məşqçisi Joze Mourinyonun rəhbərliyi altında 2024/2025-ci illər mövsümünün hazırlıqlarına start verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
59
19
unikal.az

10Sources