EN

Hansı dərmanları sığorta verəcək?

"Azərbaycanda ambulator şəraitdə dərman təminatı ilə bağlı layihə hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub".

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib. O qeyd edib ki, hazırda Azərbaycanda ambulator şəraitdə dərman təminatı yoxdur:

"Bu, böyük bir ehtiyacdır. Bununla bağlı layihə təsdiq olunduqdan sonra qarşıdakı 3 ildə mərhələli şəkildə həyata keçiriləcək". Ümumiyyətlə, ambulator şəraitdə dərman təminatı ilə bağlı layihədə nələr nəzərdə tutulub?

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyndən “Cebhe.info”-nun sorğusuna cavab olaraq bildirilib ki, ambulator şəraitdə həkim resepti əsasında yazılan bəzi dərman vasitələrinin mərhələli şəkildə icbari tibbi sığorta hesabına qarşılanması nəzərdə tutulub:

“İlk il ürək-damar sistemi xəstəlikləri, 2-ci il həzm sistemi, növbəti ildə isə tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrini sığortaya daxil edilməsi planlaşdırılır. Qeyd edilən məsələlər layihə şəklində hazırlanıb,  rəy və təklifləri öyrənmək məqsədilə aidiyyəti qurumlara təqdim edilib.

Onu da əlavə edək ki, təcili və təxirəsalınmaz tibbi yardım, stasionar tibbi xidmət zamanı istifadə olunan dərman və tibbi sərf, eləcə də, ambulator şəraitdə tibb müəssisəsində vətəndaşa göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya, dərman və tibbi sərf də icbari tibbi sığorta ilə qarşılanır”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
23
1
cebheinfo.az

2Sources