EN

Türkiyə ordusu şəhid verdi

Türkiyə ordusu şəhid verib.

Bakupost.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda, “Pençe-Kilit” əməliyyatı bölgəsində Piyada Astsubay Çavuş Mehmet Əli Horozun şəhid olduğu, 3 terrorçunun zərərsizləşdirildiyi bildirilib:

“Dərin ağrı və kədərə səbəb olan bu hadisədə həyatını itirən şəhidimizə Allah rəhmət eləsin. Ailəsinə, Türk Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbr diləyirik”.

Nazirlikdən verilən məlumata görə, bölgədə əməliyyatlar davam edir.

Elnur
BakuPost


Chosen
118
bakupost.az

1Sources