EN

“Blinken vəziyyəti tarazlaşdırmağa çalışır, çünki...” - ŞƏRH 

“ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib və bildirib ki, sülh müqaviləsini mümkün qədər tez bağlamaq lazımdır. Görünür, Amerika proseslərin son inkişaf istiqamətindən narahatdır. Buna görə dövlət katibi məsələyə müdaxilə etmək qərarına gəlib”.

Musavat.com xəbər verir ki, bu fikirləri politoloq İlyas Hüseynov bildirib.

ilyas

Politoloq qeyd edib ki, Ceyms O'Brayenin İrəvana səfərindən sonra regionda vəziyyət yenə gərginləşib:

“Ardınca Ermənistanın Fransadan CAESAR haubitsalarını sifariş etməsi vəziyyəti bir qədər də çətinləşdirib. Son hadisələr Bakı ilə yanaşı, Moskvanın da kəskin reaksiyasına səbəb olub. Blinken isə vəziyyəti tarazlaşdırmağa çalışır”.

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefonda danışıb. Blinken danışıq zamanı Ermənistan və Azərbaycanın sülh sazişi istiqamətində davamlı irəliləyişini gördüyünü, gecikmədən sülh sazişinin bağlanmasının vacibliyini vurğulayıb.

O, ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlərin yenilənməsinə və möhkəmlənməsinə çağırıb:

“Bir daha Azərbaycanı insan hüquqları ilə bağlı beynəlxalq öhdəlik və öhdəliklərinə əməl etməyə, haqsız yerə həbs olunanların hamısını azad etməyə çağırırıq. Azərbaycan bunu tez bir zamanda etməlidir”.

Afaq,
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
61
1
musavat.com

2Sources