EN

Quranı təhqir edən turist diri-diri YANDIRILDI

Pakistanda bir turist Qurana hörmətsizlik etdiyi üçün diri-diri yandırılıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Svat Vadisinin turizm bölgəsində bir əcnəbi Quranı yandıraraq təhqir etmək ittihamı ilə polis tərəfindən saxlanılıb. Bölməyə aparılan turist polis idarəsinə basqın edən qəzəbli kütlə tərəfindən qaçırılaraq vəhşicəsinə öldürülüb.

Bildirilir ki, kişinin üzərinə yağ tökülüb və o, diri-diri yandırılıb.Gərginliyi azaltmaq üçün bölgəyə təhlükəsizlik qrupları göndərilib.

Əhalinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Pakistanda İslamı və dini dəyərləri təhqir etmək çox həssas məsələdir və ölüm hökmü ilə nəticələnə bilər.

Gülayə Mecid 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
unikal.az

1Sources