EN

Erkən məğlubiyyət Alkarasın püşk zamanı vəziyyətini pisləşdirdi

Serbiyalı tennisçi Novak Cokoviç “Uimbldon” turnirində iştirak edəcəyi təqdirdə püşkatma zamanı ikinci olacaq. Bu, Karlos Alkarasın Londonda ATP-500 turnirinin ikinci turunda britaniyalı Cek Dreyperə uduzmasından sonra məlum olub. İspan idmançı yarışın son çempionudur.

Mübarizəni erkən başa vurduğu üçün Alkaras 450 xal itirəcək və ATP dünya reytinqində ikinci yerdən üçüncüyə enəcək. Bununla da Cokoviç dünyanın ikinci raketkası olacaq.

Qeyd edək ki, bu həftənin nəticələrinə əsasən formalaşacaq reytinq, qarşıdan gələn “Uimbldon” turnirinin püşkatmasında həlldeicidir.

“Uimbldon” iyulun 1-dən 14-dək keçiriləcək. Son qalib finalda Cokoviçi məğlub edən Karlos Alcarasdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
40
futbolinfo.az

1Sources