EN

Sanksiyalara baxmayaraq İran iki təyyarəni gizli şəkildə geri qaytarıb

“Mahan Air” aviaşirkəti müsadirə olunan iki təyyarəni gizli şəkildə İrana qaytarıb”.

NOCOMMENT.az xəbər verir ki, “Əl-Ərəbiyyə” saytının məlumatına görə, İran hökuməti bu yaxınlarda ABŞ sanksyalarına baxmayaraq, Litvadan iki ədəd Airbus A340S təyyarəsini ölkəyə qaytarıb.

Litva Radioteleviziyasının məlumatına görə, dünən bu ölkənin Şuli hava limanından Şri-Lankaya uçmalı olan Qambiyanın “Maca İnvest” aviaşirkətinə məxsus iki təyyarə İrana istiqamətlənib.

Bildirilib ki, hər iki təyyarə İrana enərkən onların naviqasiya sistemləri söndürülüb. Son izləməyə əsasən, təyyarələrdən biri Tehrandakı Mehrabad hava limanına, digəri isə Konarək hava limanına enib.

Qeyd olunub ki, İranın “Mahan Air” aviaşirkəti sanksiyalardan yan keçərək daha iki təyyarəni ələ keçirib. Bu şirkət 2011-ci ildən ABŞ sanksiyaları altındadır. Şirkət SEPAH-ın Qüds qanadına bağlı olması səbəbindən bir sıra Qərb ölkələrinin də sanksiya siyahısındadır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
54
nocomment.az

1Sources