EN

Tarakan ABŞ Dövlət Departamentinin brifinqini yarıda kəsdi – Video


ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller jurnalistlərdən birinin başının üstündə divarda görünən böyük tarakana görə brifinqini bir neçə saniyə dayandırmaq məcburiyyətində qalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb.
Məlumata görə, Dövlət Departamentinin xüsusi nümayəndəsi müxbirin sualını cavablandırarkən divarda böyük tarakan görüb və bu barədə orada olanlara məlumat verib.
“Mən sözümü kəsməyi sevmirəm, ancaq başınızın üstündə divarda böyük tarakan var. Sözümü kəsdiyim üçün üzr istəyirəm, ancaq bu, kifayət qədər böyük problemdir”, - deyə Dövlət Departamentinin sözçüsü gülərək jurnalistə müraciət edib.
Bir neçə saniyədən sonra o, çıxışını davam etdirib və “Yəqin ki, tarakandan söz açmamalı idim”, deyib.
“İndi zaldakıların çatdırmalı olduğum çox vacib məsələlərə diqqət yetirməsi çətin olacaq”, - deyə Miller əlavə edib.
Nəşrin qeyd etdiyinə görə, bir neçə dəqiqə sonra həşərat zərərsizləşdirilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
yeniavaz.com

1Sources