EN

Rusiya Berlindəki zavodun yanmasında iştirak edib? - İDDİA

2024-cü ilin mayında Berlindəki “Diehl Metall Applications” metallurgiya zavodunda baş verən böyük yanğında Rusiyanın iştirak etməsinə dair şübhələr var.

 

Sfera.az xəbər verir ki, belə bir iddia ilə Almaniyanın “Bild” qəzeti adını açıqlamadığı mənbələrə istinadən çıxış edib.

 

“Bild”in məlumatına görə, xarici kəşfiyyat xidmətlərindən biri yanğının Rusiyanın təxribatı nəticəsində baş verdiyini Almaniyanın xüsusi xidmət orqanlarına çatdırıb. Qəzet yazır ki, Almaniya rəsmiləri hazırda bu məlumatları öyrənirlər. Yanğın təxribatı üçün niyə hərbi zavod deyil, metallurgiya zavodunun seçildiyi isə aydın deyil.

 

Qəzetə danışan mənbə ehtimal edir ki, hədəf kimi zavod deyil, Almaniyanın paytaxtı seçilə bilər.

 

Qeyd edək ki, zavodun yanması nəticəsində Berlin şəhərinin bir hissəsinə zəhərli tüstü buludu yayılmışdı. Zavodun sahibi olan “Diehl” konserni Ukrayna üçün “İris-T” hava hücumundan müdafiə sistemləri də istehsal edir. Qəzetin şərhinə görə, bu fakt Rusiyanın Avropada təxribat fəaliyyətini genişləndirdiyini göstərir.

 

Son həftələrdə Avropada Rusiyanın günahkar bilindiyi təxribat aktlarının sayı artıb. Məsələn, Estoniyada hava nəqliyyatının pozulması, Polşa sərhədçisinin öldürülməsi, Litvada rusiyalı siyasi dissidentə hücum, Londonda böyük xəstəxanalara haker hücumu, müxtəlif NATO ölkələrində bir neçə yanğın faktlarının baş verməsi Rusiya ilə bağlı olduğu iddia edilir.

 

Vasif

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
64
1
sfera.az

2Sources