EN

Rusiya KTMT-nin “meydanını” genişləndirir

KTMT ölkələri Avrasiya təhlükəsizlik arxitekturasının formalaşdırılması üzərində işləyəcək.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.

“Avrasiya təhlükəsizliyinə görünən təhdidlər müxtəlif istiqamətlərdən gəlir, lakin əksər hallarda bu təhdidlərin mənbəyi geniş məkanımızda sabitliyin təmin edilməsi ilə bağlı bütün məsələləri özəlləşdirmək və tabe etmək istəyən NATO-nun təcavüzkar xəttidir. Alyans “dördlük”, “üçlük” və “hərbi blokların rüşeymləri” olan digər kiçik miqyaslı strukturlar yaradır”, - o bildirib.

Lavrov qeyd edib ki, tərəflər eyni kontekstdə Avrasiya qarşılıqlı fəaliyyəti çərçivəsində “Müstəqil Dövlətlər Birliyi və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın artırılması və birgə praktiki layihələrin həyata keçirilməsi haqqında” razılığa gəliblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
72
2
axar.az

3Sources