"Fənərbaxça" klubu heyətinə yeni futbolçu qatıb. Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi "X" hesabında məlumat yayılıb. “Fənər” rəhbərliyi "Fatih Karagümrük"dən Levent Mercanla anlaşıb. Tərəflər arasında 3 illik sözləşməyə qol çəkilib. Bundan əlavə, “Fənərbaxça” yarımmüdafiəçisi Mert Hakan Yandaşın müqaviləsinin müddətini uzadıb. Onunla əməkdaşlıq daha 2 il müddətinə davam edəcək.