EN

Mehman Əliyev: Sevinc Osmanqızı yalan danışır

Min bir yalanla özünü gündəmə gətirmək istəyən Sevinc Osmanqızı indi də atasının adı ilə manipulyasiya aparmaq niyyətinə düşüb. O, özünün sosial şəbəkə kanalında bildirib ki, 1990-cı illərin əvvəlində "Turan" İnformasiya Agentliyini və ANS televiziyasını atası mərhum jurnalist Osman Mirzəyev dövlət qeydiyyatından keçirib: "90-cı illərdə, Azərbaycan müstəqillik qazananda mənim rəhmətlik atam bu proseslərin lap belə mərkəzində idi. Azərbaycanda müstəqil mediaya ilk yaşıl işıq verən, ilk vəsiqəni verən mənim rəhmətlik atam Osman Mirzəyev olub. “Turan” İnformasiya Agentliyini qeydiyyatdan keçirib, Azərbaycanın ilk müstəqil televiziyası olan ANS-i qeydiyyatdan keçirib".

Amma “Turan” İnformasiya Agentliyinin yaradıcısı və rəhbəri Mehman Əliyev Seivnc Osmanqızını təkzib edib və onun yalan danışdığını bildirib. O deyib ki, Osman Mirzəyevin elə bir səlahiyyəti olmayıb: "Yalan danışır. Sevinc Osmanqızı yalan danışır. Onun atası medianı qeydiyyatdan keçirən adam olmayıb axı. O, Prezident Aparatında mətbuat xidmətinin rəhbəri olub. Ona nə dəxli var qeydiyyat məsələsinin? Biz qeydiyyatdan o zamankı Mətbuat Komitəsində keçmişik. 1991-ci ilin 12 aprelində qeydiyyata alınmışıq. Mənim heç Osman Mirzəyevlə şəxsi tanışlığım belə olmayıb. Heç onunla şəxsi münasibətim belə olmayıb. Ümumiyyətlə onun qeydiyyata nə dəxli var?"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources