EN

Portaldan yayınmış 7,4 milyonluq tenderi - XARİCİ ŞİRKƏT UDDU

“Azərbaycan Dəmir Yolları” QSC “Sərnişin qatarlarının satın alınması” tenderinin nəticələrini elan edib.

Təhsil qurumu avtobus alır - TƏQRİBİ QİYMƏT

FED.az xəbər verir ki, tenderin qalibi “Stadler Minsk” AG olub.

Qalib şirkətlə 7 496 080 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, “Stadler Minsk” Belarusun aparıcı sənaye müəssisəsidir və beynəlxalq "Stadler" konserninin bir hissəsidir. Şirkət şəhər və dəmir yolu nəqliyyatı sahəsində geniş çeşiddə məhsullar təklif edir.

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib.

Chosen
107
fed.az

1Sources