EN

Qusarda evlərə niyə palçıqlı su gəlir? - AÇIQLAMA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qusar rayonunda evlərə içməli su yerinə palçıqlı su verilir.
Bu barədə Oxu.Az-a sakinlər şikayət ünvanlayıblar.
Qeyd olunub ki, suya pul ödəsələr də, ondan istifadə edə bilmirlər. Bütün avadanlıqlar sıradan çıxır.
"Qusar camaatı həqiqətən əziyyət çəkir. "Azərsu"ya dəfələrlə müraciət etmişik. Keçən il payızda gəlib baxdılar və il ərzində belə halın bir-iki ay olduğunu dedilər, çıxıb getdilər. Bütün yeni məhəllələr bu gündədir", - deyə şikayətdə yazılır.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sorğu ünvanladıq.
Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiq edilib.
Qeyd olunub ki, bir neçə gün əvvəl sel və daşqın səbəbindən həmin ərazini içməli su ilə təmin edən magistral kəmərdə qəza baş verib:
"Dərhal əraziyə texnika və briqada cəlb olunub və qəza aradan qaldırılıb. Hazırda həmin ərazi keyfiyyətli içməli su ilə təmin olunur".
Əzizə İsmayılova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
75
50
oxu.az

10Sources