EN

"Fənərbağça" ilk transferini reallaşdırıb, kapitanı ilə müqaviləni uzadıb

Bakı, 21 iyun, AZƏRTAC

Türkiyənin "Fənərbağça" komandası kapitanı Mərt Hakan Yandaşla müqavilənin müddətini uzadıb.

AZƏRTAC xəbər verir ki, yarımmüdafiəçi daha 2 il İstanbul təmsilçisinin formasını geyinəcək.

Superliqa təmsilçisi "Fatih Karagümrük"dən Levent Özcanı isə heyətinə qatıb. 23 yaşlı oyunçu ilə 3 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, "Fənərbağça" ötən mövsüm Türkiyə çempionatını 2-ci pillədə başa vurub. Komanda bu gündən yeni baş məşqçisi Joze Mourinyonun rəhbərliyi altında 2024/2025-i illər mövsümünün hazırlıqlarına start verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
46
2
azertag.az

3Sources