EN

Tədbirlər gücləndirilir: Azərbaycanda quş qripi təhlükəsi VAR?

Tədbirlər gücləndirilir: Azərbaycanda quş qripi təhlükəsi VAR?

Azərbaycanda başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə tədbirlər həyata keçirilir. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Qeyd edilib ki, AQTA Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq addımlar atır.

Quş qripi yoluxucu xəstəlikdir. Bu infeksiya öz fəsadları ilə - virus pnevmoniyasının inkişafı, böyrəklərin, qara ciyərin, qanyaradıcı orqanların zədələnməsi ilə təhlükəlidir. Bəs Azərbaycanda quş qripinin yayılması təhlükəsi var?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan onkoloq-həkim, tibb elmləri doktoru, professor və səhiyyə eksperti Adil Qeybulla bildirib ki, ölkəyə daxil olan müxtəlif heyvan mənşəli məhsulların yaxud diri heyvanların yoxlanılmasına diqqət etmək lazımdır:

" Heyvanlar arasında bruselyoz və müxtəlif yolxucu xəstəliklər ola bilər. Bütün bunlar ölkədə ciddi problem yarada bilər. Bununla yanaşı, quş qripi xəstəliyinin yaranması mümkündür. Biz daha əvvəl bunu yaşamışıq. Ölkəmizin çevikliyi sayəsində proses lokallaşdırıldı. Quş qripi insanlara hava-damcı yolu ilə yoluxmadığından xəstəlik geniş yayıla bilmədi. Amma hər şey ola bilər. Hava-damcı yolu ilə yoluxmayan infeksiya sabah bu şəkildə yayıla bilər. Buna görə də diqqətli olmalıyıq. Burada ölkəyə daxil olan heyvanların və quşların qida kimi istifadə edilməsindən söhbət gedir. Bu zaman həmin heyvanlar və məhsullar mütləq şəkildə yoxlanılmalıdır. Yaxşı olardı ki, bütün bu yoxlamalar tranzit, sərhəd-keçid zonalarında həyata keçirilsin. Əhalinin təhlükəsizliyi, genofondun qorunması baxımından ölkəyə daxil olan ət məhsullarına nəzarət gücləndirilməlidir".

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
24
sonxeber.az

1Sources